On bir ayda Azərbaycan iqtisadiyyatı artıb ya azalıb?

14:36 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 688,2 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

Qeyd olunub ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb. ÜDM istehsalının 41,6%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ini təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər