Azad edilmiş ərazilərdə bərpa işləri paralel aparılır - Xüsusi nümayəndə

17:27 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. "İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa işləri paralel şəkildə aparılır. Əsas məqsəd ümumi planın təsdiqindən sonra, müfəssəl planların təsdiq edilməsidir”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, müfəsssəl planların hazırlanması həm Füzuli, həm də Ağdam şəhərləri üzrə yekunlaşmaq üzrədir: “İlk olaraq şəhər mərkəzlərinin, ətraf kəndlərin bərpasına başlanılması nəzərdə tutulur”.

 

Bütün xəbərlər