Paşinyan dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini açıqlayıb

11:03 - 15.12.2021


15 dekabr, Fineko/abc.az.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik.

ABC.AZ-ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

Paşinyan qeyd edib ki, müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. "Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq. Biz həmçinin təmasları davam etdirmək haqqında razılığa gəldik”, - o vurğulayıb.

Bütün xəbərlər