Azərbaycanda muzdla çalışanlar ən çox bu sahələrdə işləyir - Hesabat

10:23 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dekabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 302,4 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsininin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 7,5 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər