"İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir - Şərtlər yumşaldılır

15:13 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, komitə sədri Musa Quliyev bildirib ki, "İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub.

"Hər iki qanun layihəsi sosial müdafiəni gücləndirən xarakter daşıyır. Qanunlara edilən dəyişikliklər məşğulluğun əlçatanlığının təmin edilməsini, eyni zamanda hansısa səbəbdən işçinin öz iş yerini itirməsi ilə bağlı sığorta hadisəsi baş verərsə, sığorta ödənişlərinin şərtlərinin yumşaldılmasını nəzərdə tutur və ölkə vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdıran addımlardır" deyə deputat bildirib.

Qeyd olunub ki, qanuna dəyişikliklə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının 35 aydan 30 aya qədər azaldılması, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi həyata keçirilmiş olacaq.

 

Bütün xəbərlər