Gəncədə 9 ayda bu qədər müəssisə yaradılıb

10:28 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Gəncə şəhərində 2021-ci ilin doqquz ayı ərzində 127 hüquqi şəxs (yeni müəssisə və təşkilat) qeydiyyatdan keçmiş, 2033 yeni fərdi sahibkarlıq subyektləri yaradılıb.

Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında yeni yaradılanlar da daxil olmaqla hüquqi şəxslər tərəfindən 1531 yeni iş yeri açılmışdır.

Açılmış iş yerlərinin 246 nəfəri və ya 16,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 1246 nəfəri və ya 81,4 faizi mövcud müəssisə və təşkilatlarda, 39 nəfəri və ya 2,5 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda yaradılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər