Prezident elmi dərəcəsi olanların təqaüdünü artırdı - Fərman

10:56 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezidentin təqaüdünün təsis edilməsi haqqında” Prezidentin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Bütün xəbərlər