Azərbaycan 11 ayda Gürcüstandan 100,1 milyon dolları dəyərində məhsullar idxal edib

12:13 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 100,1 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları idxal edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, ötən ilin eyni dövrünə nisbətdə dəyərdə 37,7 % artım qeydə alınıb. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,6 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaş ölkələrin ilk onluğunda VIII yeri tutub. İlk üçlükdə Çin (537,9 mln ABŞ dolları), Rusiya (502,1 mln ABŞ dolları) və Türkiyə (275,5 mln ABŞ dolları) yer alıb. İlk 11 ayda Gürcüstanın xarici ölkələrə ixrac etdiyi yerli məhsulların ümumi dəyəri illik müqayisədə 27,6 % artaraq 3 milyard 823 milyon ABŞ dollarına bərabər olub.

 

Bütün xəbərlər