Ağ Şəhər layihəsinin baş planını hazırlamış şirkət ləğv edildi

20.12.2021,16:58


20 dekabr, Fineko/abc.az. Bakı Ağ Şəhər layihəsinin baş planının hazırlanmasını həyata keçirmiş Böyük Britaniyanın məşhur qlobal memarlıq və mühəndis şirkəti "Atkins" Azərbaycan bazarını tərk edir.

ABC.AZ-ın məlumatına görə, "V.S.Atkins İnternational Limited" Şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ 1002 Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39, mənzil 83 ünvanına bildirə bilərlər.