Azərbaycanda nə qədər bağça var? - Nazirdən açıqlama

10:32 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Təhsil naziri Emin Əmrullayev brifinq keçirdərək bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, nazir təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) böyük rolunun olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub.

"Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb. Əgər valideyn işə gedəndə uşağını qoyacağı yer kimi baxarsa burada təhsil məsələsindən danışmaq olmaz. Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var. İlin əvvəli üçün 17 218 nəfər işçi olub", - deyə E.Əmrullayev qeyd edib.

 

Bütün xəbərlər