Rayon təhsil şöbələri ləğv edilməyəcək - Nazir

11:10 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, nazir regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi anlamına gəlmədiyini açıqlayıb:

"Hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək".

Müəllif: Elmir Murad

Bütün xəbərlər