Gürcüstanda ərzaqlar kəskin bahalaşıb - Siyahı

11:35 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Pandemiyanın ağır iqtisadi nəticələri Gürcüstanda illik inflyasiya göstəricisinin bu il son 10 ilin maksimumuna çatması ilə özünü göstərir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) açıqladığı hesabata görə, cari ilin noyabrında ölkədə inflyasiya əvvəlki ayla müqayisədə 0,6% artıb, illik inflyasiya göstəricisi isə 12,5% təşkil edib.

İnflyasiyanın kəskin artması minimum istehlak səbətindəki əksər malların alışını çətinləşdirib.

Belə ki, noyabrda Gürcüstanda çörək 22%, yumurta 41,6%, günəbaxan yağı 40,7%, şəkər 34,7%, kartof 33,7% bahalaşıb.

Ümumilikdə isə GEOSTAT noyabrda Gürcüstanda ərzaq və alkoqolsuz içkilərin qiymətinin 17%, tütün məmulatları və spirtli içkilərin qiymətinin 6,9%, paltar və ayaqqabı qiymətlərinin 2,4%, kommunal xərclər və yanacaq qiymətlərinin 11,5% artdığını bildirir. Bahalaşma xidmət sektorundan da yan keçməyib.

Belə ki, noyabrda qonşu ölkədə nəqliyyat xərcləri 20%, səhiyyə xidmətləri 8,5%, hotel və restoranlar 10,9% bahalaşıb.

 

Bütün xəbərlər