Ağsu Rayon məhkəməsinə yeni sədr təyin edildi - Sərəncam

21.12.2021,17:17


21 dekabr, Fineko/abc.az. Ağsu Rayon Məhkəməsinə yeni sədr təyinatı olub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Babək Natiq oğlu Qasımov Ağsu Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Qeyd edək ki, B.Qasımov 2018-ci ildən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi işləyirdi.