İdxal və ixrac fəaliyyəti ilə məşğul olanlar artıb - Hesabat

10:00 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Azərbaycanda idxal və ixrac fəaliyyətilə məşğul olanların sayı (xarici ticarət iştirakçılarının sayı) artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayında 59 min 826 şəxs, o cümlədən 51 min 302 fiziki, 8 min 524 hüquqi şəxs xarici ticarət iştirakçısı olub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 11 ayında 42 min 124 şəxs, o cümlədən 34 min 179 şəxs fiziki, 7 min 945 hüquqi şəxs xarici ticarət iştirakçısı olumuşdu.

Bu il 8 min 524 hüquqi şəxsdən 8 min 265-i özəl, 259-u dövlət şirkəti olub.

 

Bütün xəbərlər