Azad edilmiş ərazilərdə hidroloji stansiyalar qurulacaq

11:14 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidməti işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə avtomat hidroloji stansiyaların quraşdırılması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 865 min manatlıq (509 min ABŞ dolları) tenderin qalibi "Turnkey Pro Solutions" MMC-dir. Tərəflər arasında satınalma müqaviləsi imzalanıb. 

 

Bütün xəbərlər