İcbari sığorta növləri üzrə ödənişlər bu qədər artıb - Hesabat

24.12.2021,11:12


24 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank könüllü sığorta ilə bağlı bəzi statistik rəqəmləri açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu ilin 11 ayında könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 319,739 milyon manat təşkil edib.

Bu da 1 il əvvələ nisbətən 2,54% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 73,72% artaraq 110,111 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,45 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-noyabr aylarında 71,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,7 manatdan 46,1 manata çatıb.