Nazir Zəngilandakı "ağıllı kənd"də quraşdırılacaq infrastrukturdan danışdı

11:25 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Zəngilan rayonunda ilk "ağıllı kənd"in inşası başa çatmaq üzrədir və bu kənd azad olunan ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.

ABC.AZ xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunur.

"Kənddə enerjiyə tələbat "yaşıl enerji" sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çay üzərində inşa olunan Su Elektrik Stansiyası vasitəsilə həyata keçiriləcək. Bunun hesabına kənd öz enerji təminatını tam ödəyəcək", - İ.Kərimov qeyd edib.

 

Bütün xəbərlər