Kəlbəcər və Laçın yaylaqlarına 4 800 arı ailəsi köçürülüb - Nazir

11:42 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Bakıda "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, konfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov Zəngilandakı "ağıllı kənd" layihəsindən danışıb.

O qeyd edib ki, "ağıllı kənd"lərin evlərinin dam hissəsində yerləşən kollektorlar vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırılmasında istifadə ediləcək.

Nazir azad edilmiş ərazilərdə aqrar sahədə görülən işlərə də toxunub.

"Kəlbəcər və Laçın yaylaqlarına 4 800 arı ailəsinin və 10 min başa yaxın xırdabuynuzlu heyvanın köçürülməsi təmin edilib. Azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə heyvan xəstəliklərindən azad zonalar yaradılır. Bölgədə taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülüyün inkişafı üçün də çox böyük potensial mövcuddur", - deyə İ. Kərimov əlavə edib.

 

Bütün xəbərlər