Dövlət satınalmalarını daha da təkmilləşdirəcək yeni Qərar - Detallar

11:50 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib.

ABC.AZ-ın məlumatına görə, qərarın tətbiqi kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması, sahibkarların dövlət satınalmalarında iştirakının əlçatanlığının və şəffaflığın təmin edilməsinə, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühitinin yaradılmasına xidmət edəcək.

Qərara əsasən, kotirovka sorğusu metodu ilə təşkil edilən bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə həyata keçiriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər