Qarabağın bərpasına 100 milyonlarla ianə edilib - Rəhman Hacıyev

24.12.2021,12:02


24 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, konfransda bir sıra məsələlərə toxunulub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında azad olunan ərazilərin bərpası, dirçəldilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

Qeyd edib ki, ərazilərə böyük qayıdış əsas prioritetlərin siyahısında yer alıb:

"Vacib missiyanın öhdəsindən gəlmək üçün ümummilli həmrəylik çox zəruridir. Minlərlə həmvətənlər fonda bu günə qədər Qarabağın bərpası ilə 100 milyonlarla ianə edib. Bu da həmrəyliyimizin gözəl nümunəsidir”.