Qarabağ Azərbaycanın gələcəyinin modelinə çevrilir – Fond sədri

12:17 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Qarabağda həyata keçirilən bərpa və yenidən qurma işləri, dağıdılmış infrastrukturun bərpası təkcə əmlakın bərpası və onu əvvəlki halına gətirilməsi demək deyil.

ABC.AZ-ın məlumatına görə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu həm də bərpa ilə bağlı keyfiyyətin yaxşılaşdırılması üçün yeni standartların, innovativ yanaşmaların tətbiqi üçün gözəl fürsətdir:

"Bu gün orada heç nə yoxdur. Bu bizim üçün yeni imkanlar deməkdir. Bərpa işlərinin aparılmasında dövlət başçısının müəyyən etdiyi konsepsiyalar əsasdır. Yeniliklər xüsusi əhəmiyyət kəsb edir. Azad edilən ərazilərin bərpası Azərbaycanı sanki gözümüz önündə innovasiyalar poliqonuna çevirir. Qarabağ Azərbaycanın gələcəyinin modelinə çevrilir. Bu da vacib və uğurlu yanaşmadır. Hesab edirəm ki, bunu dünyada qabaqcıl dövlətlərin istifadə etdiyi quruculuq konsepsiyasının bir növü kimi qiymətləndirmək olar".

 

Bütün xəbərlər