Prezident Hadrutda açılışa qatılıb

24.12.2021,14:48


24 dekabr, Fineko/abc.az. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

ABC.AZ xəbər verir ki, burada hərbi hissənin açılışında iştirak ediblər.

Daha sonra  Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

Sonra dövlət başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.