Yaxşı olar ki, pensiyaçıların pensiyasında humanist və nəzərəçarpan artım olsun - Deputat

14:58 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Ölkədə əmək pensiyalarının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, burada 40 manat artımdan söhbət gedir:

"10 ayın göstəricilərinə görə, ölkədə orta aylıq əməkhaqqı 723 manatdır. İlin axırına kimi 3 faiz artım ola bilər. 2022-ci ildə artım olarsa, yaxşı olar ki, pensiyaçıların pensiyasında humanist və nəzərəçarpan artım olsun” deyə deputat bildirib. Onun sözlərinə görə, ölkədə demək olar, əhalinin çox hissəsi 443 manat məbləğində median əməkhaqqı alır: “Bu median əməkhaqqı alanların pensiyasında artım olacaqmı? Yaxşı olar ki, yüksək maaşlı iş yerlərinin sayı artsın”.

 

Bütün xəbərlər