Prezident onları təltif etdi – Siyahı

14:06 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyevin bu gün imzaladığı təltif sərəncamında 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı şəhid olmuş hərbi qulluqçularımızın da adları var.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, digər hərbi qulluqçularla yanaşı, adları aşağıda yer alan şəhidlərimiz də təltif ediliblər:

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Niftəliyev Ümüd Oruc oğlu – leytenant (ölümündən sonra)

Cabarov Orxan Hətəm oğlu – gizir (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əliyev Natiq Yusif oğlu – kiçik çavuş (ölümündən sonra)

Ağayev Elçin Mərifət oğlu – əsgər (ölümündən sonra)

Əliyev Elçin Ramil oğlu – əsgər (ölümündən sonra)

Əlizadə Elmin Samir oğlu – əsgər (ölümündən sonra)

Xəlilov Murad Qalib oğlu – əsgər (ölümündən sonra)

Bütün xəbərlər