Qumar oynayanlar 5 min manat cərimə ediləcək - Milli Məclis qanunu dəyişdi

14:41 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Bu gün Milli Məclisin iclası keçirilib və bəazi dəyişikliklər qəbul edilib.

ABC.AZ-ın məlumatına görə, onlar arasında  III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi də var.

Belə ki, dəyişikliyə əsasən, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.

 

Bütün xəbərlər