27.12.2021,15:40
27 dekabr, Fineko/abc.az. Türkiyə Rusiyadan buğda alan ölkələr arasında yenidən birinci yerdədir. Bu barədə “Rusaqrotrans” SC-nin Analitik Mərkəzinin məlumatında deyilir.
ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, mərkəzin rəhbəri İqor Pavenski bildirib ki, cari kənd təsərrüfatı ilində (iyul 2021-ci il - iyun 2022-ci il) Türkiyəyə 4,3 milyon ton buğda (bir il əvvəl 4,5 milyon ton) göndərilib.
“Bununla yanaşı, İran dekabr ayında buğda alışını bir qədər azaldıb və ikinci yerdə qərarlaşıb. Bu dövr ərzində İran Rusiyadan 4 milyon ton buğda idxal edib ki, bu da bir il əvvəllə müqayisədə 6 dəfə çoxdur”, - deyə o bildirib. Üçüncü yerdə Misir, dördüncü yerdə 840 min ton buğda almış Səudiyyə Ərəbistanı (ötən mövsüm 124 min ton), beşinci yerdə Azərbaycan (1,05 milyon tona qarşı 0,7 milyon ton) gəlir.
Dünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər xeyli taxıl depolayıb. Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur.
20.05.2022,12:33
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 11:34
20 May 2022 | 12:10
20 May 2022 | 12:33
20 May 2022 | 16:08
20 May 2022 | 12:28
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 16:03
20 May 2022 | 17:04
20 May 2022 | 16:11