İpoteka Fondu hərrac keçirib - 40 milyon manat cəlb edib

27.12.2021,16:28


27 dekabr, Fineko/abc.az. 27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2056008686 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

ABC.AZ xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilib.

Hərrac qiyməti 1001.0833 sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 956 min manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib.