Agentlik sədri nazirlikdə Aparat rəhbərinin müavini oldu - Təyinat

11:14 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı əmri Agentliyinin nizamnaməsinə əsasən Təhsil naziri Emin Əmrullayev imzalayıb.

E.Orucov nazirlikdə yeni vəzifəyə təyin edilib.

Qeyd edək ki, E.Orucov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışacaq.

E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.

 

Bütün xəbərlər