Bu şirkətlər məktəbləri təmir edəcək - BŞİH onları qalib seçdi

28.12.2021,12:12


28 dekabr, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti 5 açıq tenderə yekun vurub.

ABC.AZ-ım Dövlət satınalmalarının vahid internet portalına istinadən məlumata görə, tenderə əsasən,  Zabrat qəsəbəsindəki 307 saylı tam orta məktəbin əlavə 15 sinif otaqlı korpusunun tikintisi (1), həmin məktəbin əsaslı təmiri (2), Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası (3), Nəsimi rayonunun Abbas Zamanov küçəsindəki 35 nömrəli tam orta məktəbin köhnə koprusunun sökülərək yenisinin inşası (4), Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpuslarının tikintisi (5) nəzərdə tutulur.

Tenderin qalibləri isə “Planet Construction” (1-2), “Hidro Construction” (3), “Kəçər İnşaat” (4) və "GM Construction" (5) MMC-lərdir.

Müəllif: Elmir Murad