Bank VTB (Azərbaycan) tender elan edir

14:03 - 28.12.2021


27 dekabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan) ASC-nin kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir.

 Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Tender təklifləri 30.12.2021-cı il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs:

Nailə Əliyeva

Telefon: 012 492-00-80 (daxili nömrə 5514)

Faks 012 437-71-21

 

Bütün xəbərlər