Şuşaya bu tarixdən turistlər gələ biləcək - Açıqlama

14:12 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib ki, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir.

"Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq" deyə nazir qeyd edib.

 

Bütün xəbərlər