Nazirlik tenderə görə şirkətə 93 min manatdan çox pul ödəyəcək

14:24 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən ilin sonuna aktiv və öhdəliklərinin qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "Property" MMC-dir.

Qalib şirkətə 93,6 min manat ödəniləcək.

 

Bütün xəbərlər