Bakıda 1 il ərzində işdən çıxarılan məktəb direktorlarının sayı açıqlanıb

17:10 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Bu il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 33 direktor təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.

Bu barədə ABC.AZ-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Bütün xəbərlər