29.12.2021,14:25
29 dekabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi istifadəyə verilib.
ABC.AZ-ın məlumatına görə, yeni elektron xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfindəki tibbi xidmətlərin axtarış prosesinin sürətləndirilməsi və asanlaşdırılması məqsədi ilə yaradılıb.
Tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq üçün Agentliyin rəsmi internet səhifəsinə (its.gov.az) daxil olmaq lazımdır.
Daha sonra əsas səhifədən Xidmətlər Zərfi bölməsinə keçid edib, tələb olunan tibbi xidməti 8 kateqoriya (“İlkin tibbi sanitariya yardımı”, “Təcili və təxirəsalınmaz tibbi yardım”, “Ambulator tibbi xidmət”, “Fizioterapiya xidməti”, “Laboratoriya xidməti”, “İnvaziv radioloji xidmətlər”, “Cərrahi tibbi xidmətlər” və “Stasionar terapevtik tibbi xidmətlər”) üzrə axtarmaq mümkündür.
Bunun üçün xidmətin aid olduğu kateqoriya seçilərək axtarış yerində tibbi xidmətə uyğun açar söz daxil edilməlidir.
Təəssüf ki, bu gün hələ də elə əmlak sahibləri var ki, öz əmlakına yönəlmiş risklərin fərqində deyil və bütün bu proseslərə mühafizəkar yanaşır. Biz bunu aktiv müşahidə edirik.
26.05.2022,11:38
27 May 2022 | 17:11
27 May 2022 | 16:58
27 May 2022 | 16:55
27 May 2022 | 16:40
27 May 2022 | 16:25
27 May 2022 | 15:57
27 May 2022 | 15:53
27 May 2022 | 15:43
27 May 2022 | 15:33
27 May 2022 | 15:06
27 May 2022 | 14:54
27 May 2022 | 14:50
27 May 2022 | 14:30