DSMF-nin əleyhinə məhkəmə qərarlarının sayı 600 işə enib

16:23 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. İslahat naticəsində DSMF-nin əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ildəki 12000 işdən 2021-ci ilin ilk 8 ayında 600 işə enib.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib.

O qeyd edib ki, beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 min. manatdan 1.7 min. manata düşüb (uduzulmuş işlərin sayında təqribən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərdə təqribən 97 faiz azalma). Bütün ölkə üzrə maliyyə və mühasibatlıq işi mərkəzləşdirilib.

"Maliyyə və mühasibatlıq işinin mərkəzləşdirilməsi maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan verib, əsassız xərclərin qarşısı alınıb", - DSMF sədri deyib.

 

Bütün xəbərlər