Satış öhdəliyi ilə kirayə mexanizmi üzrə 867 mənzil vətəndaşlara təhvil verilib - Hesabat

16:40 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Cari il ərzində satış öhdəliyi ilə kirayə mexanizmi üzrə 867 mənzil vətəndaşlara təhvil verilib.

ABC.AZ-ın məlumatına görə, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Ümumilikdə isə, bu günə kimi 1280 sayda mənzil vətəndaşlara təhvil verilib.

Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib. Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər