“Bakcell” əməkdaşının ermənilər tərəfindən vurulması ilə bağlı cinayət işi açıldı

30.12.2021,11:54


30 dekabr, Fineko/abc.az. Baş Prokurorluq Ağdamda “Bakcell” əməkdaşının yaralanması ilə bağlı açıqlama yayıb.

ABC.AZ-a daxil olan məlumatda qeyd edilir ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb.

İlkin araşdırmalarla “Bakcell”in əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.