Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətləri - Siyahı

12:33 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ xəbər verir ki, reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın dekabr sayında öz əksini tapıb.

Sənədə əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Çinar Aqro” MMC-i şirkətlər təmsil olunurlar.

 

Bütün xəbərlər