Əcnəbilər Azərbaycanda bank kartları ilə əməliyyat aparmağı artırıblar – Hesabat

14:43 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 151,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sözügedən icmalda qeyd olunub ki, 2021-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,73 dəfə çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparmışdılar.

 

Bütün xəbərlər