Bu operator və provayderlər üçün yeni vəzifə müəyyənləşir

15:03 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Telekommunikasiya operatoru və provayderləri üçün yeni vəzifə müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Telekommunikasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilib.

 

Bütün xəbərlər