Bir ayda Amerikada 4,5 milyon nəfər işdən çıxıb

10:28 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. ABŞ-da ötən ilin noyabrında işdən çıxmalar kəskin artıb.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Amerikada təkcə 1 ayda 4,5 milyon nəfər işdən çıxıb.

2021-ci ilin noyabrında baş verən bu göstərici indiyə kimi qeydə alınan rekord hesab edilib.

Belə ki, vakant iş yerlərinin sayı noyabr ayında əvvəlki aya görə 529 min azalaraq 10 milyon 562 minə düşüb. Bu dövrdə azalan boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi.

2021-ci ilin oktyabr ayında açıq iş yerlərinin sayı 11 milyon 91 min olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər