Azərbaycanda siqaretin qiyməti artıb - 10 və ya 20 qəpik bahalaşıb

10:55 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Azərbaycanda yeni ilin ilk günlərindən bir çox məhsullarda bahalaşma müşahidə edilir.

ABC.AZ-ın məlumatına görə, bahalaşma tütün məhsullarından da yan keçməyib.

Belə ki, növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

Bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.

Qeyd edək ki, qiymət artımı ötən ilin noyabrından gözlənilirdi.

Sözügedən tarixdə bəzi sahibkarlar bu barədə əvvəlcədən proqnoz ara-sıra verirdilər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər