Nazir Azərbaycandakı bahalaşmanın səbəblərini belə izah etdi

15:05 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Ölkəmizin daxili bazarında qiy­mət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin art­masıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarın­da qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaş­dırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır.

"Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məh­sulların satış qiymətlərində özü­nü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başla­yıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur", - deyə nazir qeyd edib.

 

Bütün xəbərlər