Şuşada təmir bərpa işləri bu şirkətə verildi - 300 min manatlıq müqavilə imzalandı

16:51 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bir müddət əvvək keçirdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, sözügedən tender Şuşa şəhərində mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi ilə bağlı idi.

Dövlət Xidməti tenderin qalibini açıqlayıb. Qalib şirkət "TERRASTRUC” MMC olub. Şirkətlə 299699 manatlıq müqavilə imzalanıb.

 

Bütün xəbərlər