Azərbaycanda 3 audit şirkəti yaradılır - Nizamnamə kapitalları açıqlanıb

11:07 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 audit şirkətini qeydiyyata alıb.

ABC.AZ xəbər verir ki, bunlar “Lokal Biznes Audit” MMC-i, “FN Konsaltinq və Audit” MMC-i və “Finstab Audit” MMC-dir.

Birincinin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Heydərov Faiq Oqtay oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi ev.5 m.121. ünvanıdır.

“FN Konsaltinq və Audit” MMC-nin nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi Bəşirov Fəxrəddin Bəşir oğlu, hüquqi ünvanı isə Şəki rayonu, Şəki şəhəri, Məmmədəmin Rəsulzadə ev.6 ünvanıdır.

“Finstab Audit” MMC-nin isə nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi YusifzadƏ Bayram Yusif oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi,ev.M3 m.1. ünvanıdır.

 

Bütün xəbərlər