Qazaxıstandakı iğtişaşlarda pərakəndə satış obyektlərinə 60 milyon dollara yaxın ziyan dəyib

16:26 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Qazaxıstanda etiraz aksiyası nəticəsində pərakəndə satış obyektlərinə 26 milyard təngə (59 milyon 691 min 320 dollar) məbləğində ziyan dəyib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Tengrinews.kz - Novosti Kazaxıstan” məlumat yayıb.

Bildirilib ki, təkcə “Magnum” ticarət şəbəkəsinin 23 mağazasına 8,5 milyard təngə, Almatı və Taldıkorqanda “Texnodom” şəbəkəsinin 14 mağazasına 5,5 milyard təngə məbləğində ziyan dəyib.

 

Bütün xəbərlər