Dövlət xidməti unun topdansatış qiymətlərini açıqladı – Cədvəl

11:04 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtına dair məlumatı ictimaiyyətin diqqətinə çatdırır.

Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, aşağıdakı cədvəldə qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir.

İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

 


Bütün xəbərlər