Sosial Xidmətlər Agentliyi 567 min manata ofis icarəyə götürdü

12:26 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması" üçün tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, qalib şirkət “Çinar Park” Qapalı Səhmdar Cəmiyyətidir.

Agentlik qalib şirkət ilə məbləği 566 min 592 manat olan müqavilə imzalayıb.

 

Bütün xəbərlər