Ən çox tender qalibi olan şirkət - QSC indiyədək 29 milyon manatlıq müqavilə imzalayıb

07.01.2022,14:48


7 yanvar, Fineko/abc.az. Zaman-zaman tenderlər keçirilir, hər hansı işin icrası üçün şirkətlər seçilir. Artıq bu ənənə halını alıb və tender olmadan müqavilə imzalanmır. Azərbaycanda ən çox tender qalibi olaraq müqavilə imzalayan şirkətlərdən birinin adı məlum olub.

ABC.AZ-ın məlumatına görə, nizamnamə kapitalı 2 000 manat olan bu şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Abdulvahab Salamzadə, Ev 26 ünvanında yerləşir.

Tibbi ləvazimatların, avadanlıqların və dərmanların tədarükü ilə məşğul olan şirkətin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur.

Sözügedən şirkət "Arash Medical Company" QSC-dir. Adıçəkilən şirkət təkcə 2021-ci ildə dövlət qurumlarının elan etdiyi 27 tenderin qalibi olub.

Bu tenderlər çərçivəsində şirkət ümumi məbləği 29 milyon manatdan artıq sifarişlər alıb.

Müəllif: Elmir Murad