07.01.2022,15:16
7 yanvar, Fineko/abc.az. 2021-ci ildə Türkiyədən pomidor ixracının həcmi 363,29 mln. ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 16% çoxdur.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin hesabatında bildirilir.
Qeyd olunur ki, ötən il Türkiyədə yetişdirilən pomidor dünyanın 54 ölkəsində satılıb.
Bu, Türkiyədən 313,27 mln. dollar dəyərində pomidor ixrac edildiyi 2020-ci ildəkindən üç ölkə çoxdur.
Türkiyə pomidorunun ən böyük bazarı Rusiya olub, bu ölkəyə keçən il 68 mln. dollarlıq məhsul göndərilib. Siyahıda ikinci yerdə Rumıniya gəlir – 58,33 mln. dollar.
Eyni zamanda, 2021-ci ildə Türkiyədən pomidor tədarükündə faiz baxımından ən böyük artım Bolqarıstanın payına düşüb. Əgər 2020-ci ildə bu ölkəyə 28,82 mln. dollarlıq pomidor göndərilmişdisə, 2021-ci ildə bu rəqəm 40,96 mln. (42% artım) çatıb.
Dünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər xeyli taxıl depolayıb. Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur.
20.05.2022,12:33
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 11:34
20 May 2022 | 12:33
20 May 2022 | 12:10
20 May 2022 | 16:08
20 May 2022 | 12:28
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 16:03
20 May 2022 | 17:04
20 May 2022 | 16:11